Türk müğənni Ömür Gedik “Evrim Akınla Ev Turu” proqramı üçün 4 mərtəbəli villasının qapılarını açıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, əyləncəli anların yaşandığı proqramda, Gedik diqqət çəkən açıqlamalar verib.
Ömür Gediyin 30 pişiklə eyni evdə qaldığı bildirilib. Onun qonaq otağında sadə dekorasiyada bej və qara tonlar üstünlük təşkil edir. Qəşəng aksessuarlar, əşyalar və fotoşəkillər otağın bəzəyini tamamlayır.
Gedikin Boğaziçi mənzərəli villasında heyvanlar üçün bütün detallar düşünülüb. Balkonlar məftillərlə bağlanıb, pişiklər üçün naqillərdən tunellər düzəldilib. Ömür Gedik də ev akvariumunun maraqlı hekayəsini, izləyiciləri ilə bölüşüb. Gedik sazan balığını qorumaq üçün evində akvarium qurduğunu bildirib.
Sevilin Abbasova