Zelenski Norveçə gedir

13 Dekabr 2023 13:40 (UTC+04:00)

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ səfərindən sonra Norveçə gedəcək. SİA xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında məlumat verilib.

Belə ki, Ukrayna prezidentini daşıyan təyyarə bu gün Norveçə uçacaq.

Zelenski Norveçin baş naziri Conas Qer Storla görüşəcək və həmçinin bu gün Osloda keçiriləcək Nordik sammitində (Şimal ölkələri sammiti) iştirak edəcək.

Ukrayna prezidenti son iki günü ABŞ-da keçirib və orada Konqresi Ukraynaya yeni yardım paketini qəbul etməyə inandırmaq üçün çalışıb.