Xalq artisti Mələkxanım oğlunun fotosunu paylaşıb bunları yazdı

13 Dekabr 2023 01:45 (UTC+04:00)

Xalq artisti Mələkxanım Eyubova oğlu Nicatın fotosunu sosial şəbəkədə yayımlayıb. SİA xəbər verir ki, xanəndə övladını ad günü münasibətilə təbrik edib.

"Doğum günün mübarək, canım oğlum. Hər zaman uğurlarına sevinək. Nə yaxşı ki, varımızsan" deyə, M.Əyyubova paylaşımına yazıb.

Qeyd edək ki, M.Eyubovanın 4 övladı var.