Ukraynanın ən böyük bilet satışı saytında daha çox Şaman təxəllüsü ilə tanınan rusiyalı müğənni Yaroslav Dronovun 2024-cü ilin aprelində Kiyevdə konsert verəcəyi barədə məlumat yayılıb.
SİA “Pravda.Ru”-ya istinadən xəbər verir ki, “Birinci” Telegram kanalının məlumatına görə, qarşıdan gələn şounun təşkilatçısı ziyarətçilərinə 1500 rubl başlanğıc qiymətə konsertə qoşulmaq imkanı təklif edir.
Eyni zamanda, bəzi istifadəçilər zarafatla 2024-cü ilin aprelinə qədər Kiyevin Rusiyanın bir hissəsi ola biləcəyini deyirlər, buna görə də Şaman konsertində Ukrayna paytaxtının sakinləri yekdilliklə oxuyacaqlar: “Mən rusam!”
“Free Press”in daha əvvəl xəbər verdiyi kimi, müğənni Vika Tsiqanova Şamanla bu yaxınlarda Kremldəki qrup konsertində tanış olduğunu və ona təxəllüsü ilə bağlı sual verdiyini deyib.
Nazlı