Məşhur aktrisa "dərhal atəşkəs"ə çağırış edib

12 Dekabr 2023 20:25 (UTC+04:00)

İspan aktrisa Penelopa Kruz Qəzzada atəşkəsin təmin edilməsi ilə əlaqədar çağırış edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Penalopa Kruz bu barədə rəsmi ''İnstaqram'' səhifəsində etdiyi paylaşımda bildirib. Məşhur aktrisa paylaşımında ''Ceasefire Now'' (Dərhal atəşkəs) ifadələrinə yer verib.
Oktyabrın 8-dən etibarən İsrailin Qəzza zolağına etdiyi hücumlarda 18 mindən çox fələstinli həlak olub.
Penalopa Kruz da daxil olmaqla bir sıra Hollivud ulduzu 2014-cü ildə Qəzzaya hücumlarına görə İsraili “soyqırım” törətməkdə ittiham edən manifest yayımlayıb.
Manifestdə deyilirdi ki, İsrail Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə ən çox tabe olmayan, insan hüquqlarına ən az hörmət edən və dövlət terrorizmi tətbiq edən işğalçı ölkədir.