Ruslar Puqaçovanı Yeni ildə çıxış etməyə çağırırlar...

12 Dekabr 2023 18:44 (UTC+04:00)

Ruslar rusiyalı estrada müğənnisi Alla Puqaçovanı Yeni il ərəfəsində çıxış etməyə çağırıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “StarHit” Telegram kanalı yayıb.

Nəşrin məlumatına görə, bir neçə min Rusiya sakini müvafiq petisiyanı imzalayıblar.

Bəyanatda ruslar qeyd ediblər ki, ifaçının səsi, gücü və gözəlliyi uzun illər ölkə sakinlərini ən qaranlıq vaxtlarda çətinliklərdən xilas edib.

...Sizə sahib olduğumuz üçün çox şanslıyıq. Və bu Yeni ildə biz, sizin çoxsaylı sadiq pərəstişkarlarınız sizin işığınıza həmişəkindən daha çox ehtiyac duyuruq. Ona görə də sizdən xahiş edirik ki, Yeni il mesajını yenidən yazasınız və açıq mənbələrdə yerləşdirəsiniz.

Qeyd edək ki, bu petisiya imzalayanların bəyanatında deyilir.

Nazlı