Sumqayıt şəhər Rəsm Qalereyası Dövlət Muzeyi 1960-cı illərin ortalarında tikilib. Bu Rəsm Qalereyası Muzeyin tikilməsinin ideya müəllifi həmin vaxtlar Sumqayıt şəhərinə rəhbərlik etmiş Nadir Balakişiyev olub. Həmin vaxtı bu şəhərin İcraiyyə Komitəsinin sədri də Kamal Axundov idi. Sumqayıt şəhərinin ilk dənizkənarı parkının yaranması da onların adı il bağlıdır. Ümumiyyətlə, bu iki insan həmin vaxtlar bacardıqları qədər Sumqayıtın inkişafı üçün çalışıblar.
Nadir Balakişiyevin təşəbbüsü ilə bu muzeyi həmin vaxtı təkcə Sumqayıtda yox respublikada ən böyük tikinti trestlərindən biri olan 2 nömrəli Tikinti Tresti tikib. Elə həmin vaxtlardan burada gör nə qədər tarixi tədbirlər keçirilib?..
Heydər Əliyevin 100 ilik yubileyilə bağlı keçirilən tədbirinin gözəlliyinin başqalarından fərqi onda idi ki, burada Sumqayıt Dostlar Klubunun idarə heyyətinin izvləri və Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və Sumqayıt Dostlar Klubu idarə heyyətinin sədri, yazıçı-publisist Hümbət Həsənoğlu, İctimai Şuranın sədr müavini Məhəmməd Vəliyev, İctimai Şuranın üzvü, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şöbəsinin sədri Gülnarə Cəmaləddin və başqaları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan, Rəsm Qalereyası Dövlət Museyinin direktoru Ellda xanım Həsənova ümummili lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini tədbirə gələnlərdən xahiş elədi. Bir dəqiqəlik sükutdan sonra Ellada xanım bu sözləri dedi:
-Hər bir xalqın milli azadlığı və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar olub. Həmin dahilər öz qətiyyətlərilə mənsub olduqları xalqı arxaslnca aparıb. Həm də taleyüklü məqamlarda qalib rolunu oynayıb. Azərbaycan xalqının ümumilli lideri, dahi şəxiyyət Heydər Əliyev də müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, müdrik dövlət xadimi kimi düşüb. Özünün müstəsna xidmətlərilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənəvi həyat yolu, zəngin və çox şaxəli irsi tükənməz ibrət məktəbidir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu il ölkə başçımız cənab İlham Əliyev tərəfindən, dahi rəhbər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində böyük coşqu ilə keçirilir. Biz də il boyu “Heydər Əliyev-100” çərçivəsində bir neçə tədbir keçirmiçik. Bu tədbirimiz isə belə adlanır: “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsi”.
Bu mövzu ətrafında çıxış etmək üçün ilk sözü Azərbaycan Yazıçılar Birliyi Sumqayıt şəhər şöbəsinin sədri, şair Gülnarə Cəmaləddinə verirəm.
Gülnarə xanım tədbir iştirakçlarını və muzeyin işçilərini salamladı. Və çıxışında vurğuladı ki, “ cənab İlham Əliyevin 2023-cü ilin oktaybr ayının 5-də Xankəndindəki tarixi çıxışı elə dahi rəhbər, ulu öndər Heydər Əliyevin siyasətinin təntənəsi idi. Deməli, Ulu Öndərin bir vaxtlar əsasını qoyduğu tarixi qələbəmiz indi özünün tam bəhrəsini verdi. Mənə elə gəlir ki, beş rayonumuz- Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda cənab prezidentimizin üçrəngli bayrağımızı ucaltması, dahi Heydər Əliyevin 100 illlik yubileyində ən böyük töhfə oldu”.
Sonra Ellada xanım sözü Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və Sumqayıt Dostlar Klubu idarə heyyətinin sədri, dəyərli ziyalı, yazıçı-publisist Hümbət Həsənoğluna verdi. Hümbət Həsənoğlu çox maraqlı çıxış elədi. Və o, uzun illər sahibkarlıqla məşğul olduğunu və bu sahəyə Respublika səviyyəsində rəhbərlik etdiyi illəri xatırladı. Dəfələrlə Ulu Öndərin qarşısında Azərbaycan sahibkarlığı və iqtisadiyyatımızın dirçəlməsilə bağlı elədiyi çıxışları və bu çıxışların dahi rəhbər tərəfindən maraqla qarşılandığını vurğuladı. Akademik Zərifə xanım Əliyevanın tələbəsi olduğu illəri xatırladı və sonra bu fkirləri dedi:
- Biz ermənilərə həmişə çəkməçi, bənna kimi baxmışıq. Torpaqlarımızın həmin çəkməçilər və bənnalar tərəfindən zəbt olunması hamımızın heysiyyatına çox toxunurdu və bunu qara ləkə bilirdik. Mən hər dəfə Azərbaycanın xəritəsinə baxanda, ölkəmizin ortasında Dağlıq Qarabağ Muxtar Respublikasının ərazisinin çəkilmiş konturunu görür və çox təəssüflənirdim. O kontur ləkə kimi, hər bir azərbaycanlı kimi məni də pərişan və məyus edirdi. Cənab İlham Əliyev bu qara ləkəni millətimizin üstündən götürdü. Möhtəşəm tarixi qələbə ilə Xalqımız başda müzəffər Ali Baş Komandanımız olmaqla o mənfur ləkəni xəritəmizdən birdəfəlik sildi!
Yaşasın Azərbaycan ordusu!
Yaşasın Azərbaycan xalqı!
Ömrünü Sumqayıtın, Abşeronun quruculuğuna həsr edən dəyərli ziyalı, Abşeron Mənzil İstehsalat Təsərrüfatına on beş il, Bakı şəhər İcra Hakimiyyətinin 7 nömrəli Təmir-Tikinti idarəsinə on bir il rəhbərlik etmiş, iki çağırış Abşeron rayon İcraiyyə Komitəsi şəhər Sovetinin deputatı olmuş, Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Sumqayıt Şurasının sədri, Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvü, şəhid atası 85 yaşlı Sovet Şükürovun çıxışı da maraqla qarşılandı:
-Mən burada ümummilli lider Heydər Əliyevlə bağlı ikinci belə tədbirdir ki, iştirak edirəm. Birinci tədbir Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri və Vətən müharibəsi iştirakçıları ilə olan tədbir oldu. Bu da ikinci və çox maraqlı tədbirdir. Çünki bu tədbirə Sumqayıtın üzdə olan ziyalıları toplaşıb. Bu ziyalılar haqqında respublikamızda böyük fəxarətlə danışırlar. Doğrudan da bu Zəfər tariximiz həqiqətən də Heydər Əliyev siyasətinin böyük təntənəsi oldu. Çünki cənab İlham Əliyev, həqiqətən də Ulu Öndərin layiqli davamçısı olduğunu bir daha Vətən müharibəsilə və bir günlük lokal xarakterli döyüşlə sübut elədi. İnanıram ki, bundan sonra əmin-manlıq olacaq. Xalqımız bütövlükdə Qarabağa qayıdıb, həmin yerləri cənnətməkan edəcəklər.
44 il bundan qabaq Sumqayıt şəhərində Ruhi Əsəb Dispanserini yaradan, “Hippokrat” Elm-İstehsalat-Tibb özəl müəssisəsinin təsisçisi, rəhbəri, “Tərəqqi” medallı, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru. Sumqayıt Dostlar Klubu idarə heyyətinin üzvü Mayılxan Tağıyev öz çıxışını bu fikir ətrafında qurdu:
- Heydər Əliyevin Naxçıvanda əmək fəaliyyətinə başladığı adi bir işçidən inkişaf edib, SSRİ kimi böyük məkanda vəzifəsinə görə dördü şəxsiyyət oldu və Siyasi Büronun üzvü seçildi. Və orada öz sözünü deyən bir insan oldu. Biz hələ də dahi Heydər Əliyevi lazım olan kimi tanımırıq. Bilirsiniz ki, Türk xalqlarının çox böyük sərkərdələri olub. Çingiz xan, Atilla, Əmir Teymur, İldırım Bəyazid, Sultan Səlim, Şah İsmayıl Xətai və başqaları. Bu gün də Səmərqənd şəhərində Əmir Teymurun qurub-yaratdığı çox nadir tikililər, təlim ocaqları, universitetlər hələ də durur. Yuxarıda dediyim türk sərkərdələrindən dahi Heydər Əliyevin fərqi ondadır ki, onlar bir vaxtlar qılıncla imperiyalar yaradıblar və qılıncla da həmin imperiyalar dağıdılıb. Amma ulu öndər Heydər Əliyevin dahiliyi ondan ibarətdir ki, bütün türk dünyasını və Aralıq dənizində Bakı-Tiblisi-Ceyhan neft kəmərilə hegemonluğu ələ alıb. “Onu da blin ki, Aralıq dənizinin sahibi kimdirsə, dünyanın sahibi də odur”. Hələ bu kəlamı bir vaxtlar İldırım Bəyazid deyib. Bilirsiniz ki, Ceyhandan iki kilometr aralıda bir Terminal var. Həmin Terminalın üstündə Azərbaycanın üşrəngli bayrağı dalğalanır. Bu da məhz Heydər Əliyevin sayəsində yaranıb. Dünyanın inkişaf eləmiş ölkələrinin gəmiləri öz bayraqları ilə həmin Terminala gəlib, oradan neft götürəndə, istəsələr də-istəməsələr də həmin bizim üçrəngli bayrağın altından keçirlər. Deməli, bu, o deməkdir ki, Aralıq dənizinin sahibi bizim ölkədir. Bu da məhz Ulu Öndərin və onun davamçısı cənab İlham Əliyevin sayəsində yaranıb. Əgər ulu öndər Heydər Əliyev Bakı-Tiblisi-Ceyhan neft kəmərini çəkdirməklə dünya ölklərinini öz asılığına keçirdisə, onun davamçısı İlham Əliyev də, Bakı-Tibilisi-Subsa qaz kəmərini çəkdirməklə, bütün Avropa ölkələrini enerji gəhətindən Azərbaycandan tam asılığa saldı. Məhz bunun ardınca 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabr ayının 19-da bir günlük lokal xarakterli müharibə ilə ikinci ən böyük tarix yazdı. Mən bununla fəxr eləyirəm. Cənab Prezidentimizə daha yeni uğurlar arzu edirəm. Bilirsiniz ki, Azərbaycan tarixlər boyu İpək yolu olub. İnanıram ki, cənab İlham Əliyev həmin İpək yolunu bərpa eləyib, Azərbaycanını dünyada daha da yüksək səviyyədə tanıdacaq.
Uzun illər Sumqayıt şəhər İcra Hakimiyyətində işləmiş, maraqlı iqtisadçı, istadadlı şair, Sumqayıt Dostlar Klubunun idarə heyyətinin üzvü Rafiq Mehdiyevin dediklərindən:
- Dahi Heydər Əiyev şübhəsiz ki, böyük şəsiyyət idi. Bizim bunu təsdiq və inkar eləməyimizin heç bir mənası yoxdur. Yadınıza gəlirsə 1990-cı illərdə Milli Məclisin iclasları televiziya vasitəsilə birbaşa göstərilirdi. Həmin vaxtı siyasət demək olar ki, hamımızın məişətinə daxil olmuşdu və hamımızın maraq dairəsində idi. Bir tarixi hadisəni heç vaxt yadımdan çıxarmıram. Mili Məclisdə növbəti iclaslardan biri gedirdi. Azərbaycanın şimalında ləzgilər yaşayan Qusar rayonunda Sadval adlı separatçıların baş qaldırdığı yerdə bu məsələ qızğın müzakirə olunurdu. Həmin vaxtı Azərbaycanın ağır günləri idi. Elə bu məqamda köməkçilərindən biri Ali Məclisin sədri Heydər Əliyevə yaxınlaşıb, qulağnıa nə isə vacib söz dedi. Həm də balaca bir vərəqdə yazılan sözləri verdi. Dahi rəhbər danışığını kəsmədən həmin kağızı açıb baxdı və olduğu kimi, əvvəlki əhval-ruhiyyə ilə iclası davam elədi. Separatizmi lənətlədi və bununla bağlı hansı tədbirləri görməyin tapşırıqlarını verdi. Və ən sonda çıxışını qurtaranda məlum olur ki, həmin balaca yazıda məlumat veriblər ki, Cənubda Əlikirəm Hümbətovun başçılığı ilə daha bir seperatizm ocağı baş qaldırıb.”Talış-Muğan” Respublikası elan olunub.Təsəvvür eləyin ki, bu boyda məlumatı oxuyan insan heç bir reaksiya vermədən iclası aparmadqa davam eləyirdi. Bu da hər insanın, hər şəxsiyyətin gücündə deyil. Dahi Heydər Əliyev fövqəlbəşər siyasətçi idi. Biz xoşbəxtik ki, onun dövründə yaşamışıq. Biz xoşbəxtik ki, onun Azərbaycana rəhbərlik illərini görmüşük. Biz xoşbəxtik ki, Heydər Əliyev Azərbaycanın prezidenti olub. Və ümumilli lider kimi hər an onu anırıq.
Sumqayıt şəhərinin salnaməsini yazan, “Exo Sumqayıta” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, maraqlı yazıçı, otuzdan çox kitabın müəllifi Eyruz Məmmədovun dediklərindən:
-Moskvada çox məşhur bir jurnalist var, Andrey Karaulov. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə onunla bağlı çox maraqlı sənədli bir film də çəkib. Daha- doğrusu həmin sənədli filmin ssenarisini yazıb və özü də aparıcılıq eləyir. Maraqlı sənədli filmdir. Mən bir maraqlı məsələni burada demək istəyirəm. Çünki bunlar böyük tarixdir. Ulu öndər Heydər Əliyev Moskvada vəzifələrindən kənarlaşdırılanda, jurnalistlərdən ilk müsahibəni ondan Andrey Karaulov almışdı. Sonra onun müsahibəsini Heydər Əliyevə yaxın olan adamlar Azərbaycanda səhv eləmirəmsə “Yeni fikir” qəzetdə dərc elətdirmişdilər. Həmin qəzet müəyyən dövrdə çıxdı və sonra bağlandı. Andrey Karaulovun bir kitabı var, adı yadımda deyil. Orada yazır ki, Heydər Əliyev prezident seçiləndə ilk səfəri İngiltərəyə oldu. Və ilk qəbul etdiyi rəsmi adam da Marqaret Tetçer idi. Marqaret Tetçer ona dedi ki, “Heydər Əliyev, siz böyük siyasətçisiniz. Mən də böyük siyasətçiyəm. Gəlin, bu Dağlıq Qarabağı verin ermənilərə. Və sizin nəvələriniz, nəticələriniz, yəni Azərbaycanın gəncləri, gələcək nəsili bu məsələni ermənilərlə sonra özləri müzakirə eləyərlər. Amma indi həmin yeri verin ermənilərə, bütün söhbətlər və müharibə də qurtarsın. Heydər Əliyev ona tərs-tərs baxdı və dedi: “Siz çox dəhşətli sözlər deyirsiniz mənə. Yadınıza salın. Siz hakimiyyətə gələndə Argentina Folklend adalarını tutmuşdu. Bu adalar Argentinanın yaxınlığında, Böyük Britaniyanın isə min kilometrliyində, Atlantik okeanın cənub-qərb hissəsində yerləşir. Siz hərbiçilərə göstəriş verdiniz ki, təcili olaraq həmin adaları geri alsınlar. Hətta hərbiçilər etiraz eləmişdi ki, bu məsələdə qan tökülə və müharibə olar bilər. Amma siz fikrinizdə israrlı oldunuz və həmin adalar geri qaytarıldı. Və İngiltərəyə verildi”. Karaulov sonra yazır ki, Heydər Əliyev sözlərinə davam edib bu sözləri də dedi: “İrlandiyada baş verən hadisələrdən də bir sizin və bir də mənim xəbərim var. Ona görə gəlin bu haqda bir də danışmayaq”. Sonra göstəriş verdi ki, Azərbaycandan gətirilən o xalçanı gətirin. Xalçanı gətirdilər. Həmin xalçada Marqaret Tetçerin şəkili həkk olunmuşdu. Gözəl ilmələrlə işlənmiş və toxunmuşdu. Sonra yenə də Heydər Əliyev dedi: “Xalça Şərqdə müqəddəs sayılır. Mən sizinlə xalça ilə birlikdə şəkil çəkdirməyəcəm və görüşməyəcəm”. Sonra xalçanı gətirənlərə dedi: “Xalçanı qatlayıb verin xanım Marqaret Tetçerə”. Və həmin adamlar xalçanı qatlayıb verdilər Marqaret Tetçerə. O da xalçanı götürüb, pərt halda zalı tərk etdi. Bax, bu idi dahi rəhbər Heydər Əliyevin qətiyyəti, böyüklüyü. Dünyanı idarə eləyən ölklərdən birinin rəhbərilə belə sərt danışmağı onun bir daha böyük siyasətçi və əsl rəhbər olduğuna bu, bir sübutdur. İkinci dəfə hakimiyyətə gələndə və on il hakimiyyətə rəhbərlik etdiyi dövrdə ordu quruculuğunda, hərbi məktəblərin daha da genişləndirilməsində çox böyük işlər gördü və həmin uğurlar da sonra daha da cilalandı və Zəfər gününü bizə göstərdi.
Əməkdar incəsənət xadimi, yazıçı, dramaturq, rejissor, publisist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru və “Azad Azərbaycan” qəzetinin redaktoru Ağalar İdrisoğlunun dediklərindən:
-Mən çox şadam ki, həm ulu öndər Heydər Əliyev və həm də prezidentimiz İlham Əliyevə həsr olunan sənədli hekayələr yazmışam. Birinci hekayə “Millətin xilaskarı” və ikinci hekayə “Qarabağın xilaskarı” adlanır. Bu hekayələrdə mən onlarla bağlı bütün ürək sözlərimi yazmışam. Hər iki hekayə qəzetlərdə və saytlarda çap olunub. Saytlarda otuz-qırx mindən çox insan tərəfindən oxunub. Bu gün insanlarımızın oxumağa həvəsi olmadığı bir vaxtda əgər bu qədər adam həmin hekayələri oxuyubsa, bu böyük qələbə və onlara millətimizin böyük marağının olmasına bir sübutdur. Mən çox istərdim ki, həmvətənlərimiz həmin hekayələri oxusun və oradakı orijinal fikirlərlə daha yaxından tanış olsunlar. Bir məsələni də vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti və dövlətçiliyi üçün böyük işlər görənləri, həyatlarını bu məmlləkətin müstəqilliyinin qurulmasında fəda eləyənləri yaddan çıxarmayaq və onların da yubuileylərini lazım olan kimi keçirək. Onda aramızda milli birlik daha yaxşı olar və heç kim bir-birilə müxalifətdə olmaz. Belə olanda Qarabağda quruculuq işləri daha sürətlə gedər.
Ömrünü Sumqayıt təhsilinin inkişafına sərf edən, uzun illər Sumqayıt şəhərindəki 33 nömrəli tam orta məktəbin direktoru işləmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədrinin müavini Məmməd Vəliyev belə dedi:
-Dahi Heydər Əliyevin birinci ən böyük uzaqgörənliyi onda oldu ki, birinci dəfə hakimiyyətə gələndə Azərbaycan təhsilinin inkişafına çox böyük fikir verdi. Azərbaycan təhsili az bir vaxtda SSRİ məkanında çox məşhur oldu. Həmin vaxtı azərbaycanlı gənclər SSRİ məkanındakı ən yaxşı ali məktəblərdə təhsil alıb, yüksək ixtisaslı mütəxəsisilər oldular. Bu gün də Azərbaycanın inkişafı məhz həmin insanları çiynində dayanır. Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdandan sonra yenə də onun ən çox fikir verdiyi sahələrdən birincilərdən biri Azərbaycan təhsili oldu. Bu müqəddəs işi sonra da cənab İlham Əliyev davam etdirdi. Doğrudur. Bu gün biz Azərbaycan təhsilindən elə də çox razı deyilik. Və çox vaxt da deyirik ki, gənclərimiz təhsilə biganədir. Həmin təhsilə biganə dediyimiz gənclərimiz, hansılar ki, tarix dərslərində üç qiymətlər almışdılar, Qarabağda heç kimin ağlına sığmayan böyük tarix yazıb, biz ziyalıları mat qoydular. Bu Qarabağ müharibəsində beş qiymət alıb, millətimizin başını uca elədilər və dünya hərb tarixinə yeni imza atdılar. Deməli, Azərbaycanın hər bir övladı igiddir və qorxmazdır. Lazım gələndə düşməni diz üstünə çökdürə bilir. Belə igidlərimizlə həmişə fəxr eləməliyik.

Hacı Tahir Məlikov,
P.S. Həmin tədbirdə mən özüm də iştirak eləyirdim. Mən də oradakı çıxışımda vurğuladım ki, bu yaxınlarda Türkiyədə olmuşam. Türkiyədə bu il ali məktəblərə qəbul olan xarici vətəndaşlar arasında azərbaycanlı tələbələr ən çox bal toplayıb. Deməli, Azərbaycan təhsili özünün inkişaf mərhələsindədir. Bu uğurun da başında ulu öndər Heydər Əliyev və cənab prezidentimiz İlham Əliyev dayanır. Çünki onlar yaxşı bilirlər ki, bir millətin ən böyük uğuru onun təhsili vasitəsilə olur. Bu gün təhsilimiz yaxşıdır və tezlikə dünya xalqları arasında öz sözümüzü deyəcəyik. Necə ki, Qarabağdakı tarixi qələbəmizlə öz sözümüzü dedik. İndi hər birimiz xarici ölkələrə gedəndə qalib xalqın övladları kimi gedirik və hər yerdə də başımızı dik tuturuq. Möhkəm, sarsılmaz birliyi olan xalqı heç kim diz çökdürə bilməz.