Ermənistan və Ukrayna Prezidentləri görüşdü

12 Dekabr 2023 17:12 (UTC+04:00)

Argentinada Ermənistan və Ukrayna Prezidentləri Vaaqn Xaçaturyanla Volodimir Zelenski arasında ayaqüstü görüş keçirilib. SİA xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Məlumata görə, görüş paytaxt Buenos-Ayresdə Argentinanın yeni Prezidenti Xavyer Mileyin inauqurasiya mərasimi çərçivəsində baş tutub.