“Qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var” - NAZİR

12 Dekabr 2023 13:49 (UTC+04:00)

"Qızılcaya yoluxmaların artım sürətində nisbətən azalma var". SİA-nın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, proses nəzarətdədir: "Valideynlər övladlarını vaxtında və düzgün peyvənd etdirməlidirlər ki, bir daha belə hadisə ilə üzləşməyək. Hazırda bütün təhsil sisteminin distanta keçirilməsi və ya qapadılmasını düşünmürük".