"Xroniki dəri xəstəliyi, məsələn, əllərində ekzema, hər hansı allergik-xronik xəstəliyi, allergik-kontakt dermatiti olanlar, yuyucu vasitələrdən istifadə edən qadınlar əllərində baş verən qaşınma, qabıqlanma və qızartı zamanı dezinfeksiyaedici vasitələrdən istifadə edərkən daha çox fəsadlarla üzləşirlər”. Bu sözləri SİA-ya həkim-dermatoloq Elnur Nəzərov deyib.
Həkim bildirib ki, gündəlik istifadə edilən tibbi maskalar da dəri ilə birbaşa təmasda olduğuna görə bir sıra problemlər yarada bilər: "Xüsusilə yazılı və naxışlı, eləcə də kimyəvi üsulla boyanmış maskaların taxılması tövsiyə olunmur".
"Üzündə hər hansı xroniki xəstəlik - seboreya, dermatit və s. olanların tərkibi yalnız pambıqdan ibarət olan maskalardan istifadə etməsi məsləhətdir. Həmin maskalar birdəfəlik olmaya da bilər. Onları yuyandan sonra təkrar istifadə etmək də olar”, - deyə həkim-dermatoloq bildirib.
Ləman Sərraf