Əməliyyatdan sonra Aqutin ömürü boyu dərmanlar qəbul edəcək...

12 Dekabr 2023 12:10 (UTC+04:00)

...Bəstəkar və ifaçı Leonid Aqutinə cərrahi əməliyyatdan sonra dolaşan qan laxtasını çıxarmaq üçün qan durulaşdıran dərmanlardan ömürlük istifadə etmək tövsiyə olunub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Mash Telegram kanalı öz mənbəsinə istinadən yayıb.

Kanalın məlumatına görə, sənətçi özünü yaxşı hiss edir və artıq işə qayıdıb. Belə ki, o hazırda Yeni il korporativ tədbirlərinə hazırlaşır.

Aqutinin ətrafındakı bir mənbə, ayaqların qan damarlarında əməliyyatın yaxşı keçdiyini, lakin indi müğənni qanı incəldirəcək antikoaqulyantlar qəbul etməli olacağını bildirib.

Qeyd edək ki, Aqutinin yanvarın 3-də Soçidə, yanvarın 5-də isə Dubayda çıxışı planlaşdırılır.

Yeri gəlmişkən, bu konsertlər, Aqutinin Yeni il korporativ partiyaları kimi, ləğv olunmaq təhlükəsi ilə üzləşib?..

Nazlı