Türk musiqisinin əfsanəvi sənətçilərindən olan müğənni İlhan Şeşendə ağciyər xərçəngi aşkarlanıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin müalicəsi başlayıb və proses müsbətə doğru gedir.
“Səni Qucağlayanda”, “Çiçəklər Əlimdə”, “Nə Olar bizə”, “Sarı Laleler”“ kimi hit mahnıları ilə musiqi dünyasına damğasını vuran İlhan Şeşenə ağciyər xərçəngi diaqnozu qoyulub. Bir müddətdir ki, Bodrumda yaşayan müğənni xəstəliyindən sonra İstanbulda müalicə olunub. Həkimlər sənətçinin xəstəliyində irəliləyiş olduğunu bildiriblər. Şeşenin daha əvvəl də bu xəstəliyə tutulduğu deyilib.
Sevilin Abbasova