Hadisə səhnədə soyundu - FOTOLAR

12 Dekabr 2023 05:51 (UTC+04:00)

Müğənni Hadisə növbəti konsertindəki çıxışları ilə maqazin gündəmini zəbt edib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi dünən "Ülker Sports Arena"da PUBG tədbirində çıxış edib. Səhnəyə qara bodidə çıxan Hadisə həm ifaları, həm də rəqsləri ilə qonaqlara unudulmaz gecə yaşadıb.

Konsertdən fotoları instaqramda bölüşən məşhur "Norm Ender nə deyirdi? Gəlin uşaqları pistdən götürək?" şərhini yazıb.

Müğənni səhnədə əvvəlcə qırmızı yubkada görünsə də, sonradan onu əynindən çıxarıb. Yeri gəlmişkən, ulduzla birgə səhnədə rəqs edən rəqqasələrin xoreoqrafiyası da müzakirələrə səbəb olub. Onlar yerə uzanaraq ayaqlarını göyə qaldırıblar.