Avtomobil dayanacağın 4-cü mərtəbəsindən düşüb

11 Dekabr 2023 23:52 (UTC+04:00)

Moskva sakini avtomobili ilə dayanacağın 4-cü mərtəbəsindən yıxıldıqdan sonra möcüzə nəticəsində sağ qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, maşənə arxaya verərkən kənarı hiss etməyib ya da saxlaya bilməyib.

Arxada isə metal hasar var olub. Onu sındıran avtomobil aşağı yuvarlanıb.

Hadisədən sonra hadisə videoya çəkilib.

Dəhşət içində olan şahidlər avtomobil sürücüsünü xilas etmək üçün xarici avtomobilə tərəf qaçıblar, lakin bəxtinə görə o, ciddi xəsarət almayıb.

İndi yol polisi əməkdaşları hadisəni araşdırır və sürücünün ayıq olub-olmadığını öyrənirlər.

Bir müddət sonra Daxili İşlər Nazirliyi sürücünün sərxoş olduğunu təsdiqləyib.

Nazlı