Polşa Ukrayna ilə sərhəddəki ən böyük yük keçidini açıb

11 Dekabr 2023 20:55 (UTC+04:00)

Polşa Ukrayna ilə ən böyük yük keçid məntəqəsi - Yaqodin - Doroxusk-un blokunu açıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri Ukraynanın İnfrastruktur naziri Aleksandr Kubrakov məlumat verib. .

..Yaqodin-Doroxusk keçid məntəqəsinin blokadası başa çatıb. Saat 14:00-dan etibarən orada sabit yük maşını hərəkəti bərpa olunub. 15 maşın Ukraynaya doğru hərəkət edib - onlar keçid məntəqəsindədirlər. Həmçinin, 25 yük maşını emal olunur və Polşaya göndəriləcək.

Qeyd edək ki, nazir bunu Facebook-da bildirib.

Dövlət Gömrük Xidmətinin məlumatına görə, 1000-ə yaxın yük maşını Yaqodin vasitəsilə Ukraynaya daxil olmaq üçün, eyni sayda yük maşını isə çıxmaq üçün gözləyir.

Yeri gəlmişkən, Dövlət Sərhəd Xidməti də blokadanın başa çatdığını açıqlayıb.

Nazlı