Türkiyədə işsizlik səviyyəsi

11 Dekabr 2023 23:25 (UTC+04:00)

Türkiyədə işsizlik səviyyəsi son 11 ilin ən aşağı səviyyəsinə düşüb.

Türkiyə Statistika İdarəsi (TÜİK) 2023-cü ilin oktyabr ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb. Buna əsasən, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı oktyabr ayında bir əvvəlki aya görə 163 min nəfər azalaraq 2 milyon 961 min nəfərə çatıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İşsizlik səviyyəsi 0,5 bənd azalaraq 8,5 faiz təşkil edib. Bu səviyyə 2012-ci ilin noyabrından bəri ən aşağı göstərici kimi qeydə alınıb.