“Rəqəmsal məsullar daim dəyişdirilməli, təkamül etməlidir” - MÜTƏXƏSSİS DANIŞDI

11 Dekabr 2023 18:03 (UTC+04:00)

“Azərbaycanda son illərdə sürətlə və sistemli şəkildə texnoloji sahədə dəyişikliklər baş verir. Dövlət xidmətləri elektronlaşır, məsafədən rəqəmsal imza məsələsi geniş vüsət alır”. Bu sözləri SİA-ya açıqlamasında informasiya texnologiyaları üzrə mütəxəssis Fərid Kazımov deyib.

Onun sözlərinə görə, innovasiyaların müəyyən mənada bəzi hadisələri daha da möhkəmləndirməsi ilə bağlı trend müşahidə olunur: “Biz bəzən innovasiya xətrinə nələrisə edirik. Lakin müəyyən hallarda məsələ daha da qəlizləşir və diskomforta səbəb olur.
İnsanların fikirlərini nəzərə alaraq, rəqəmsal məsullar daim dəyişdirilməli, təkamül etməlidir”.