Xəzər dənizində 3.4 maqnitudalı zəlzələ olub

11 Dekabr 2023 14:24 (UTC+04:00)

Xəzər dənizində 3.4 maqnitudalı zəlzələ olub. SİA xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ saat 13:46-da 47 km dərinlikdə baş verib.