Azərbaycan vəkilləri beynəlxalq futbol turnirinin qalibi olublar - FOTOLAR

11 Dekabr 2023 13:20 (UTC+04:00)

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvləri İtaliyanın Kataniya şəhərində keçirilmiş futbol üzrə "Siciliya Kuboku 2023" beynəlxalq turnirinin qalibi olublar. Vəkillər Kollegiyasından SİA-ya verilən məlumata görə, A.S.D Lex Kataniya Vəkillər Kollegiyasının prezidenti Domeniko Di Mauronun dəvəti ilə turnirə qatılan komanda A qrupunda indoneziyalı həmkarlarına 7:2, İran kollektivinə isə 5:1 hesabı ilə qalib gəlib. Rumıniyalılara uduzan (5:1), xorvatlarla (2021 və 2022-ci ilin çempionları) heç-heçə (3:3) edən azərbaycanlı vəkillər 1/8 finalda braziliyalılarla bacarmayıblar - 2:3.

Buna baxmayaraq, yığma 1/4 mərhələsinə keçə bilməyən ən yaxşı 4 komandadan biri olaraq “Siciliya Kuboku 2023” turnirində yarımfinal oyununa çıxıb.

Finala gedən yolda İtaliyanın “Criminal Lawyers” klubuna 5:0, həlledici matçda isə “Altra Lex”ə 2:1 hesabı ilə qalib gələn Azərbaycan vəkilləri qızıl medallara sahib çıxıblar.

Rahin Heybətov turnirin ən yaxşı hakimi seçilib.

Xatırladaq ki, 2022-ci ildə Mərakeşdə keçirilmiş dünya çempionatında Azərbaycanın vəkil və hüquqşünasları bürünc medal qazanmışdı.