Bakıda məşhur "Love city" adlı məkanda yanğın başlayıb - YENİLƏNİR-FOTO

11 Dekabr 2023 11:07 (UTC+04:00)

Bakıda məşhur "Love city" adlı məkanda yanğın başlayıb. SİA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, hazırda Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinin əməkdaşları yanğın baş verən əraziyə cəlb olunub.

Hadisə şahidi Hüseyn Yunusov: "Restoranların birində əyləşmişdim. Səhər saat 10:44 radələrində restorandan ayrıldım və “Tarqovı” adlı məkana yollandım. Bu zaman gördüm ki, “Love city” adlı restoran yanmağa başlayır. Dərhal özümüz FHN-nə zəng etdik. Onlar yeddi dəqiqə ərzində hadisə yerində oldular. Yanğın başlayan zaman artıq hər kəs restorandan çıxmışdı. Çox güman ki, elektrik naqillərində yaranan qısaqapanma olub".

Əlavə məlumat veriləcək.

Sevilin Abbasova