”Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik konfrans keçirilir - YENİLƏNİR

11 Dekabr 2023 10:09 (UTC+04:00)

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı elmi-praktik beynəlxalq konfrans təşkil olunub. SİA xəbər verir ki, beynəlxalq konfrans Elm və Təhsil Nazirliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilir.

Konfransın təşkilində əsas məqsəd məktəbəqədər təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaq və qabaqcıl təcrübələrlə tanışlıqdır.