"Bavariya"nın futbolçusu 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq

11 Dekabr 2023 09:49 (UTC+04:00)

Almaniyanın "Bavariya" klubunun futbolçusu Serj Qnabri 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq. SİA xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçinin "Ayntraxt"a 1:5 hesabı ilə uduzduqları Bundesliqa matçında zədələnməsi səbəb olub.

66-cı dəqiqədə oyuna qoşulan futbolçu iki dəqiqə sonra rəqiblə toqquşduqdan sonra meydanı tərk edib.

Bu, almaniyalı futbolçunun cari mövsümdə ilk zədəsi deyil. O, daha əvvəl də bir neçə qarşılaşmanı buraxıb.

Qeyd edək ki, Serj Qnabri cari mövsüm Bundesliqada 5 matçda iştirak edib.