Azərbaycan təmsilçisi ABŞ-dən olan basketbolçu ilə müqavilə imzalayıb

11 Dekabr 2023 05:25 (UTC+04:00)

Azərbaycan Basketbol Liqasında çıxış edən “Xəzri” heyətini daha bir oyunçu ilə gücləndirib. Klubdan SİA-ya verilən məlumata görə, paytaxt təmsilçisi Aubri Makalpaynla anlaşıb.

ABŞ-dən olan basketbolçu mövsümün sonunadək komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, “Xəzri” daha əvvəl Makol Mavyenlə də müqavilə imzalayıb.