“Bayer” - “Ştutqart” matçı heç-heçə bitdi

11 Dekabr 2023 00:24 (UTC+04:00)

Futbol üzrə Almaniya çempionatının 14-cü turu çərçivəsində Leverkuzen “Bayer”i səfərdə “Ştutqart”la qarşılaşıb. SİA xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin heyətində Kris Fürix, qonaqların heyətində isə Florian Virts fərqlənib.

Xabi Alonsonun komandası Bundesliqada hələ də məğlub olmayıb və 36 xalla turnir cədvəlinə başçılıq edir, Ştutqart (31) isə 3-cü yerdədir.

Qeyd edək ki, dekabrın 17-də “Bayer” “Ayntraxt”ı qəbul edəcək, həmin gün “Ştutqart” isə Münhendə “Bavariya” ilə qarşılaşacaq.