Hara gedir bu dünya?..

10 Dekabr 2023 22:57 (UTC+04:00)

2023-cü ildə dünyada 183 silahlı münaqişə qeydə alınıb ki, bu da son üç onilliyin ən yüksək göstəricisidir.

SİA-nın əldə etdiyi məlumata gör, Bloomberg bunu Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun araşdırmasına istinadən xəbər verir.

Məqalə müəlliflərinin fikrincə, dünyanı böyük müharibə təhdid etməsə də, dövlətlər arasında, xüsusən də ABŞ və Çin arasında münasibətlərdə gərginlik artır.

Bu, bir çox bölgələrdə artan zorakılığın dəhşətli mənzərəsini yaradır, müharibələr xroniki olaraq sülhün qarşısını alır.

Materialda deyilir ki, Çin, Rusiya, ABŞ və müttəfiqləri arasında fövqəldövlət qarşıdurmalarından daha çox regional münaqişələrə diqqət yetirən araşdırmada 2023-cü il üçün 183 münaqişə qeydə alınıb ki, bu da son 30 ilin ən yüksək göstəricisidir.

Jurnalistlər bildiriblər ki, bu, “müasir qlobal münaqişə mənzərəsinin müəyyənedici xüsusiyyəti kimi barışmazlığı” vurğulayır.

Materialın müəllifləri əlavə ediblər ki, qeyri-dövlət silahlı qrupları təhlükəli rol oynayır və Fələstinin HƏMAS hərəkatı onlardan yalnız ən çox görünəndir. Məqalədə qeyd olunur ki, bütün dünyada sərhəd toqquşmaları baş verir və İsraillə Fələstin arasındakı münaqişə Yaxın Şərqdə daha geniş ixtilaflara səbəb ola bilər.

Qərb jurnalistləri daha əvvəl bəyan etmişdilər ki, Avropa Rusiya ilə hipotetik münaqişəyə hazır deyil. Britaniya mətbuatının yazdığına görə, silahlı münaqişə baş verərsə, rus qoşunları onlara qarşı çıxan bütün ölkələri “yuyub aparacaq”.

Nazlı