Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfərə yola düşüb

10 Dekabr 2023 22:18 (UTC+04:00)

Dekabrın 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak etmək məqsədilə Belçika Krallığına işgüzar səfərə yola düşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, səfər zamanı nazir Ceyhun Bayramovun Brüssel şəhərində keçirilən tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.