"Qalatasaray" "Real Madrid"in qapəçısı ilə maraqlanır

10 Dekabr 2023 21:55 (UTC+04:00)

"Qalatasaray" klubu "Real Madrid"in oyunçusu ilə maraqlanır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, "Cim-Bom" mövsümün sonu müqaviləsinin müddəti bitəcək Fernando Musleranı Andrey Luninlə əvəzləmək istəyir. Bu barədə "A Spor" məlumat yayıb.

"Real Madrid" və "Qalatasaray" arasında danışıqlar gedir. "Kral klubu" 10 milyon avro tələb etsə də, "sarı-qırmızılar" bu məbləği 4 milyon avroya endirməyə çalışır.

Türkiyə klubu uzunmüddətli müqavilə təklif etsə, ukraynalı qolkiper "Qalatasaray"a transferə "hə" deyəcək.

Qeyd edək ki, əsas qapıçı Tibo Kurtuanın zədələnməsindən sonra Lunin "Real"la cari mövsüm 7 oyuna çıxıb, 4 top buraxıb.