Azarkeş dünyasını dəyişdi, oyun dayandırıldı...

10 Dekabr 2023 21:34 (UTC+04:00)

La Liqadakı "Qranada" - "Atletik" matçı 17-ci dəqiqədə azarkeşlərdən birinin səhhətində problem olmasına görə saxlanılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ürək-tənəffüs tutulması yaşayan azarkeş daha sonra dünyasını dəyişib.

Əvvəlcə futbolçular paltardəyişmə otağına yollansalar da, tərəfdarın vəfatı dəqiqləşəndən sonra oyun təxirə salınıb.

Qeyd edək ki, oyun saxlanılmazdan öncə "Atletik" 1:0 hesabı ilə öndə idi.