Sabirabadda avtomobillər toqquşub, xəsarət alanlar var

10 Dekabr 2023 21:29 (UTC+04:00)

Sabirabadda “Niva” və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Qaratoğay kəndində qeydə alınıb.

Qəza zamanı kənd sakinləri: – 1959-cu il təvəllüdlü Kərimova İradə Hacımayıl qızı, 1998-ci il təvəllüdlü Bağırzadə Zinyət Qurban qızı və Bağırova Fərziyyə Hacımayıl qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.