Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfəri başa çatıb

10 Dekabr 2023 18:50 (UTC+04:00)

Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına işgüzar səfəri başa çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Niş şəhərinin “Konstantin Veliki” hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.