Gürcüstan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

10 Dekabr 2023 19:16 (UTC+04:00)

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri deputat Arzu Nağıyev və digər rəsmi şəxslər qarşılayıblar.