Netanyahu və Putin 50 dəqiqə NƏYİ MÜZAKİRƏ ETDİ?

10 Dekabr 2023 17:17 (UTC+04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, söhbət 50 dəqiqə davam edib.

Kremlin Mətbuat Xidməti hələlik belə bir söhbət barədə məlumat verməyib.