Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?

10 Dekabr 2023 15:04 (UTC+04:00)

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, dekabrın 11-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.