Türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Anevə ötürüldü

10 Dekabr 2023 13:31 (UTC+04:00)

Mədəniyyət naziri Adil Kərimli Türk Dünyası Mədəniyyət Nazirləri Daimi Şurasının dövr sədrliyi simvolunu Türkmənistan mədəniyyət naziri Atagəldi Şamuradova təqdim edib. SİA xəbər verir ki, bununla da 2024-cü il türk dünyasının mədəniyyət paytaxtı Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tərəfindən 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”nın estafetinin Şuşadan Türkmənistanın Anev şəhərinə ötürülməsini bildirən simvol Anev şəhərinin bələdiyyə sədri Rövşən Cumayevə təqdim olunub.