Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

10 Dekabr 2023 13:30 (UTC+04:00)

Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq. SİA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

dekabrın 11-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimal olunur.