“Sabah” basketbol klubu baş məşqçisi ilə yollarını ayırıb

10 Dekabr 2023 12:15 (UTC+04:00)

“Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev vəzifəsindən ayrılıb. Klubdan SİA-ya verilən məlumata görə, şimali makedoniyalı mütəxəssis ailə vəziyyəti ilə əlaqədar olaraq komandanı tərk edib.

“Sabah” klubu gördüyü işlərə görə ona təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, “Sabah” komandası Azərbaycan basketbol tarixində ilk dəfə olaraq B. Mitevin rəhbərliyi ilə FIBA Avropa kubokunun əsas mərhələsinə vəsiqə qazanıb.