Abşeronda avtomobil yanıb

10 Dekabr 2023 10:14 (UTC+04:00)

Abşeron rayonunda “Hyundai” markalı minik avtomobilinin salonu və idarəetmə lövhəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.