Bu gün Gürcüstan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gələcək

10 Dekabr 2023 09:41 (UTC+04:00)

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbaycana rəsmi səfər edəcək. SİA xəbər verir ki, səfər çərçivəsində Ş.Papuaşvili Milli Məclisin sədri Sahibə Qafarova digər rəsmi şəxslərlə görüşəcək.

Eyni zamanda ulu öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək.

Səfər dekabrın 12-də başa çatacaq.