Zelenski Argentinaya gedib

10 Dekabr 2023 09:19 (UTC+04:00)

Ukrayna prezidenti Volodimir Zelenski Argentina prezidenti Xavyer Maylinin andiçmə mərasimində iştirak edəcək. SİA xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisində məlumat verilib. Zelenski Cənubi Amerikaya gedərkən Kabo Verdenin baş naziri Xose Ulisses Korreia e Silva ilə görüşüb.

Söhbət zamanı Ukrayna lideri Afrika ölkəsinin Kiyevin beynəlxalq təşəbbüslərinə dəstəyinin vacibliyini qeyd edib. Argentinanın yeni prezidentinin andiçmə mərasimi dekabrın 10-na təyin edilib.