Özündən 7 yaş kiçik idmançıya ərə getdi - FOTOLAR

10 Dekabr 2023 08:43 (UTC+04:00)

34 yaşlı amerikalı aktrisa və müğənni Vanessa Hadcens amerikalı beysbolçu Koul Takerə ərə gedib. SİA “Vogue”a istinadən xəbər verir ki, Taker Hadcensdən 7 yaş kiçikdir. Cütlüyün toyu ötən həftəsonu Meksikanın Tulum şəhərində baş tutub. Tədbirdə 20-yə yaxın dost və ailə üzvləri iştirak ediblər. Onlar toyu mediadan gizlədib, fotolar ötən gün yayımlanıb.