Suraxanı rayonunda piyada xəsarət alıb

10 Dekabr 2023 02:04 (UTC+04:00)

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, Hövsan qəsəbəsində avtomobil yolu keçən 1972-ci il təvəllüdlü Qulamova Təranə Xankişi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, T. Qulamova hadisə baş verən zaman sərxoş olub.

Faktla bağlı araşdırma aparılır.