43 uşağın olduğu avtobus yük maşını ilə toqquşub...

9 Dekabr 2023 23:26 (UTC+04:00)

Voronej vilayətinin Liskinski rayonunda 43 uşağın olduğu sərnişin avtobusu yük maşını ilə toqquşub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayət polisi məlumat yayıb.

Dekabrın 9-da axşam saatlarında M-4 Don avtomobil yolunun 585-ci kilometrliyində “MAN” markalı avtobus və “İveco” markalı yük maşınının iştirakı ilə qəza baş verib.

Toqquşma nəticəsində avtobusun sürücüsü və onu əvəz edən şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Avtobusda olan 43 uşaq və onları müşayiət edən dörd böyük xəsarət almayıb. Onları başqa avtobusla Voronejə göndərdilər.

Nazlı