18 yaşlı gənci avtomobil vuraraq öldürüb

9 Dekabr 2023 21:25 (UTC+04:00)

Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Birinci Udullu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili evə qayıdan kənd sakini, 2005-ci il təvəllüdlü Xosiyev Pünhan Ehtiram oğlunu vurub.

Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılarkən yolda keçinib.

Onu vuran sürücünün həmkəndlisi olduğu bildirilir.