Maduro Qayananın bir hissəsinin ilhaqı haqqında fərman imzalayıb

9 Dekabr 2023 11:45 (UTC+04:00)

...Venesuela prezidenti Nikolas Maduro Qayananın neftlə zəngin Essequibo bölgəsini ilhaq etmək üçün altı fərman imzalayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Venesuelanın “Ultimas Noticias” qəzeti məlumat yayıb.

Beləliklə, qəbul edilən qərarlar arasında Venesuelanın yeni xəritəsinin ratifikasiyası, ölkənin 24-cü ştatı elan edilməsi və hətta Qayana-Essequibo adlandırılan regionun vahid rəhbərinin təyin edilməsi də var.

İlhaq barədə qərar Venesuelada keçirilən referendumun nəticələrinə əsasən qəbul edilib: rəsmi məlumatlara görə, səs verənlərin 95 faizdən çoxu Essequibonun ilhaqını dəstəkləyib. Yeri gəlmişkən, seçki ekspertləri və media mümkün saxtakarlıqla yanaşı, aşağı seçici fəallığından da danışırlar. Referendumun nəticələri Venesuela Mərkəzi Seçki Komissiyası tərəfindən dərc olunmayıb.

...Maduro venesuelalıları ilhaqı tənqid edənləri “hər küçədə” qınamağa çağırıb.

Bu arada Qayana prezidenti İrfaan Əli “Associated Press”-ə bildirib ki, onun hökuməti artıq hərbi yardım üçün müttəfiqlərə və regional tərəfdaşlara müraciət edib. ...Venesuela bu ehtiyatsız və avantürist şəkildə hərəkət etməyə davam edərsə, bölgə cavab vermək məcburiyyətində qalacaq. Biz bunu edirik. Biz regional cavab hazırlayırıq.

Ölkə prezidenti Əli deyib bunu.

Qeyd edək ki, bölgənin ilhaqı Böyük Britaniya, Millətlər Birliyi, Karib İcması və Amerika Dövlətləri Təşkilatı tərəfindən pislənib və Cənubi Amerika Ümumi Bazarı da cavab hazırlayır. Onu da qeyd edək ki, ABŞ Qayananı dəstəkləyib.

Braziliya vəziyyətdən narahatlığını ifadə edərək, Cənubi Amerikada müharibə istəmədiyini bəyan edib və danışıqlarda vasitəçi olmağa hazır olduğunu açıqlayıb.

...Rusiya Maduronun 2023-cü ilin sonuna qədər Moskvaya səfər edəcəyini açıqlayıb.

...Sonda xatırladım ki, Essequibonun əhalisi təxminən 125 min nəfərdir.

Nazlı