Türkiyəli aparıcı 6 ay öncə boşandığı həyat yoldaşı ilə barışıb

9 Dekabr 2023 07:46 (UTC+04:00)

Türkiyəli aparıcı Nursel Ergin 6 ay öncə boşandığı həyat yoldaşı ilə barışıb. SİA Türkiyə mətbuatına istinadən bildirir ki, ayrılığa dözə bilməyən cütlük yenidən bir araya gəlib. Nursel Ergin və Murat Akyer müğənni Şevval Samın konsertində görüntülənib. Açıqlama verən aparıcı barışdıqlarını bildirib: "İki ay əvvəl barışmışıq. Bir-birimizin həsrətinə dözə bilmədik. Hələlik hər şey çox yaxşı gedir. Yenidən evlənə də bilərik”.