Məşhur sosial media fenomeni buna görə saxlanıldı - FOTOLAR

9 Dekabr 2023 05:39 (UTC+04:00)

Türkiyədə daha bir tanınmış sosial media fenomeni Gizem Bağdaçiçek məsuliyyətə cəlb olunub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ölkənin ictimai asayiş şöbə müdirliyinin etika bürosunun əməkdaşları tərəfindən “ədəbsizlik” ittihamı ilə saxlanılıb. Bağdaçiçek polis bölməsindəki dindirilmədən sonra məhkəməyə aparılıb.

Məlumata görə, onun saxlanılmasına səbəb sosial şəbəkələrdə paylaşdığı açıq-saçıq görüntülərdir. Bağdaçiçek yayılan görüntülər bağlı, “Əvvəllər belə verilişlər paylaşımlar edirdim, indi isə etmirəm” deyərək özünü müdafiə edib.