ABŞ BMT TŞ-nın Qəzzada dərhal atəşkəsi tələb edən qətnaməsinə veto qoyub

9 Dekabr 2023 02:06 (UTC+04:00)

ABŞ BMT Təhlükəsizlik Şurasının Qəzza zolağında dərhal atəşkəsi tələb edən qətnamə layihəsinə veto qoyub. SİA xəbər verir ki, BMT-yə üzv olan 96 öllkənin birgə hazırladığı qətnamə layihəsi Şurada səsverməyə çıxarılıb. Qətnamə 13 üzv tərəfindən dəstəklənib, Böyük Britaniya səsvermədə bitərəf qalıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Robert Vud qətnamə layihəsində HƏMAS-ın qınanılmadığını və Şranın bəzi üzvlərinin bu mövzuda səssiz qalmasının qəbuledilməz olduğunu bildirib.

Qətnamə layihəsində bütün əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsi, bölgəyə humanitar yardımların çıxışının təmin edilməsi tələb olunurdu.