ABŞ Qəzza zolağındakı atəşkəsə qarşıdır, niyə..?

9 Dekabr 2023 00:52 (UTC+04:00)

Cozef Bayden administrasiyası ABŞ Konqresindən İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatı davam etdirməsi üçün İsrailin Merkava tanklarına məxsus 45 min mərmi satışına icazə verilməsini Konqresdən xahiş edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” mənbələrə istinadən yazır.

Agentliyin qeyd etdiyi kimi, belə bir sorğu artıq minlərlə dinc sakinin ölümünə səbəb olan “münaqişədə Amerika silahlarının istifadəsi ilə bağlı artan narahatlıqlar fonunda” qanunvericilərə göndərilib.

ABŞ hazırda Qəzza zolağında atəşkəsə qarşıdır. Ölkənin bu mövqeyini ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bildirib.

Vaşinqtonun fikrincə, HƏMAS ilə barışıq “yalnız növbəti müharibənin toxumlarını səpəcək”.

Dekabrın 1-də “The Wall Street Journal” qəzeti yazıb ki, ABŞ oktyabrın 7-dən İsrail ordusuna yüksək güclü bunkerləri məhv edən bombalar və on minlərlə artilleriya mərmisi eləcə də digər silah növləri göndərib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin anklava endirdiyi zərbələr nəticəsində 17 487 nəfər həlak olub.

Nazlı