Zaporojye istiqamətində üç pilotsuz uçuş aparatı məhv edilib

9 Dekabr 2023 00:43 (UTC+04:00)

Ukrayna Müdafiə Qüvvələri Zaporojye istiqamətində iki FPV pilotsuz uçuş aparatını məhv edib, birini isə zərərsizləşdiriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Cənub Regional İdarəsi xəbər verir.

“...Zaporojye istiqamətində “Breeze” təxəllüsü ilə sərhədçi iki “qatil” quşu məhv edib, birini isə “əhliləşdirib”.

Məlumatda belə deyilir.

Qeyd olunur ki, partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatı FPV ölüm təhlükəsi yaradıb, lakin Ukryna müdafiəçiləri düşmənin planlarını pozaraq pilotsuz uçuş aparatlarını zərərsizləşdiriblər.

Nazlı