Makron tələblə Netanyahuya müraciət edib...

9 Dekabr 2023 00:34 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahudan Qəzzada dinc əhalinin müdafiəsini təmin etməyi və İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığı dayandırmağı tələb edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazıb.

Agentliyin məlumatına görə, Makron və Netanyahu arasında telefon danışığı olub və Fransa prezidenti İsrailin baş nazirinə Qəzza vətəndaşlarının müdafiəsinin vacibliyini xatırladıb. O, həmçinin Fələstin və İsrail arasında “uzunmüddətli atəşkəsə nail olunmasının” vacibliyini də vurğulayıb.

Bundan əlavə, Makron Netanyahudan israilli mühacirlər tərəfindən İordan çayının qərb sahilində fələstinlilərə qarşı törətdiyi zorakılığı dayandırmaq üçün lazımi tədbirlər görməyi və Qəzza zolağına humanitar yardım üçün ikinci keçid məntəqəsinin açılmasını tələb edib.

Nazlı